Prezidentlərin iş otaqı necə olur? - FOTOLAR

Prezidentlərin iş otaqı necə olur? -  FOTOLAR

Prezidentlərin iş otaqları necə olur? Onların vaxtının çox hissəsini keçirdikləri kabinetlərində hansı şərait var?

Bir neçə dövlət və hökumət başçısının kabineti barədə qısa məlumat və fotoları təqdim edirik:

“İlham

Rusiya prezidentinin iş otağı iqamətgahın düz mərkəzində yerləşir. Putinin kabineti o qədər də böyük deyil. Amma burada normal işləmək üçün maksimum şərait var.

Otağın divarları palıd ağacı ilə üzlənib. Divar boyunca unikal nəşrlərin sıralandığı kitab şkafı düzülüb. Üzərində Rusiyanın gerbinin həkk olunduğu iş masası otağın ortasındadır. Pəncərəyə yaxın yerdə daha bir stol var. Prezident burada işgüzar danışıqlar aparır, köməkçiləri ilə müşavirə keçirir.

“İlham

ABŞ prezidentinin əsas iş otağı Oval kabinetdir. Bu otağın 3 böyük pəncərəsi, 4 qapısı var. Prezidentin iş masası cənuba baxan pəncərənin önünə qoyulub.

“İlham

Ukrayna prezidenti işgüzar görüşləri və iclaslar üçün ümumi sahəsi 128,8 kvadratmetr olan üç otaqdan (kabinet, qəbul və görüş otaqları) istifadə edir.

“İlham

Almaniya kansleri Angela Merkelin kabineti inanılmaz sadəliyi ilə seçilir. Ucuz masanın üstündə yalnız telefon, monitor, lampa və qlobus var.

“İlham

Nigeriya prezidenti Məhəmməd Buxari andiçmədən sonra hələ də öz evindəki kabinetində oturub işləyir.

“İlham

İran prezidentinin kabineti də sadədir. Masanın üstündə yalnız kompüter və yazı ləvazimatı görmək olar.

“İlham

Argentina prezidenti Kristina Kirşnerin kabineti isə alimin iş otağına bənzəyir. Hara baxırsansa kitabdır...

“İlham

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovun iş otağına baxanda isə adama elə gəlir ki, o, heç bir kağıza inanmır. Maraqlıdır, bu qədər noutbuk prezidnetin nəyinə gərəkdir?!

“İlham

Yunanıstanın baş nazirinin kabinetində də xeyli kitab gözə dəyir. Aleksis Tsiprasın bu kitabların hamısını oxuyub-oxumaması sualı isə açıq qalır.

“İlham

Vyetnam prezidentinin iş otağı isə çox balaca görünür. O, burada çox az-az olur, ya da nəyinsə ona olmasını sevmir...

//Virtualaz.org 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...