Prezidentin Ukrayna səfərində hansı məsələlər müzakirə olunacaq?

Prezidentin Ukrayna səfərində hansı məsələlər müzakirə olunacaq?
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ukraynaya səfər edəcək. Səfərin işguzar xarakterli olduğu bildirilir. Görüş zamanı İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş baş tutacaq.

Regionda baş verən son hadisələr fonunda ölkə başçısının Ukraynaya səfəri diqqət çəkir. Əvvəla, qeyd edək ki, prezidentin səfərləri heç də ani qərarlar əsasında deyil, öncədən planlı şəkildə müəyyənləşdirilir. Digər tərəfdən, Prezidentin istənilən ölkəyə səfəri də səbəbsiz olmur. Bu mənada ölkə başçısının Ukrayna səfəri də səbəbsiz sayıla bilməz.
 
Bəzi təhlilçilər Prezidentin Ukrayna səfərini Kremlə mesaj kimi dəyərləndirsə də, bununla razılaşmaq olmur. Məsələ ondadır ki, rəsmi Bakının Ukraynaya da, Rusiyaya da mövqeyi eynidir. Necə ki, Azərbaycan Krımın Rusiya tərəfindən ilhaqını, Donbas və Donetskdəki separatizmi tanımır, eyni zamanda Kreml əleyhinə koalisiyalarda da yer almır. Məsələn, bir müddət öncə Rusiya əleyhinə təşkil edilən Krım platformasında Azərbaycan yer almadı. Bu belə özlüyündə Azərbaycanın hər iki ölkəyə münasibətinin dəyişməz dost və əməkdaşlıq konteksində olduğunu sübut edir.
 
Azərbaycan mövcud Ukrayna-Rusiya gərginliyində konkret tərəf tutmur, əksinə iki ölkə arasında vasitəçi ola biləcəyini sərgiləyir. Xatırladaq ki, bir müddət öncə Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidentindən Ukraynada həbsdə saxlanılan Krım tatarlarının Ukraynaya ekstradisiyası istiqamətində vasitəçi olmasını xahiş etmişdi.
 
Hazırda iki ölkə arasında iqtisadi, hərbi sahədə ciddi əməkdaşlıq mövcuddur. Xüsusilə də Ukraynanın hərbi sahədəki təcrübəsi, eyni zamanda bu ölkənin şirkətlərinin Qarabağda quruculuq işlərində iştirakı məsələsi olduqca önəmlidir. Prinsip etibarilə, rəsmi Bakının gündəliyində duran ən aktual məsələ işğaldan azad edilən ərazilərin ən qısa zamanda bərpası və böyük qayıdış siyasətinin reallaşmasıdır. Ukrayna da bu prosesdə Azərbaycanla əməkdaşlıq edən ölkələrdəndir. Mümkündür ki, bugünkü görüşdə bu haqda müəyyən razılıqlar olsun.
 
Digər bir önəmli olan məsələ də son günlərdə dünya bazarında təbii qazın qiymətinin artmasıdır. Azərbaycan Ukraynaya qaz satışı həyata keçirə biləcək ölkələrdəndir. İki ölkə arasında bu istiqamətdə də razılığın əldə olunacağı mümkündür.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.   Sfera.az-ın K...

"Vətəndaşlar hər 100 manatın 51-ni ərzağa xərcləyir" - Vüqar Bayramov

Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat...

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...