Prezidentin Təhlükəsizlik Xidmətinin idarə rəisi vəfat etdi - FOTO
20:31 / 25.01.2022
6018
Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin idarə rəisi, polkovnik Tərlan Qədirov vəfat edib.
Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki,, hadisə bu gün Bakıda idman zalında baş verib.
Belə ki, təcili tibbi yardım çağırılsa da, anidən halı pisləşən idarə rəisinin həyatını xilas etmək mümkün olmayıb.
Allah rəhmət etsin!