Prezident tapşırıq verdi: Türkiyəyə yardım göndərildi

Prezident tapşırıq verdi:  Türkiyəyə yardım göndərildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup Türkiyə Respublikasına yola düşüb.

Sfera.az-ın xəbərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportundan təyyarə ilə yola düşən və fərdi yanğınsöndürmə vasitələri ilə təchiz olunmuş qrup Türkiyənin Dalaman bölgəsində yanğınlarla mübarizə aparacaq.

Qrupu hava limanından fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yola salıb, müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, qardaş ölkədə tüğyan edən meşə yanğınları ilə mübarizə məqsədilə Azərbaycan FHN-in kifayət qədər qüvvəsi hazır vəziyyətə gətirilib və müraciət olunduqca hər an yola düşməyə hazırdır.

Xatırladaq ki, şəxsi heyət, zəruri avadanlıq və ləvazimatlar Türkiyəyə AZAL-ın ayırdığı xüsusi təyyarə vasitəsilə göndərilib.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Payızda ötən ildəkindən daha güclü dalğa gözlənilir, hazır olmalıyıq" – Rəşad Mahmudov

"İstənilən dalğanın başlanğıcı olduğu kimi sonu da olur. Sonuncu dalğa təxminən 6-7 həftədir başlayıb və ay yarımdan sonra dalğalar pik həddə çatıb, sonra sönmə...

Baş nazir TƏBİB-ə yeni səlahiyyət verdi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, p...

Vüqar Səfərli yeyintilərə görə Əli Həsənovu günahlandırdı

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfər...

DYP-dən həftəsonu XƏBƏRDARLIĞI - "Bu vasitələrin məhdudlaşdırılacağını nəzərə alın"

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi həftə sonları sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə növbəti dəfə xəbərdarlıq edib.   ...

Son 6 ayda koronanın əlimizdən aldığı məşhurlar

Son 6 ayda 5 məşhur sənətçimiz ard-arda koronavirusdan dünyasını dəyişib. Sfera.az onların siyahısını təqdim edir: Xalq artisti Rafiq Hüseynov (Rəmi...

Sabiq nazirin bir milyon borcu var - Ödəyə bilmir

Keçmiş Vergilər naziri Fazil Məmmədov vergi borcunu ödəyə bilmir.  Sfera.az Qaynarinfo-ya istinadən xəbər verir ki, keçmiş nazirin biznes imperiyasın...