Prezidentin qızını sürüyərək həbsxanaya apardılar - FOTO

Prezidentin qızını sürüyərək həbsxanaya apardılar - FOTO
Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı ev həbsinin qaydalarını pozduğu üçün həbsxanaya göndərilib.
 
Sfera.az türk mediasına istinadən xəbər verir ki, müstəntiqlər qadağan olunduğu halda dəfələrlə internetdən istifadə etdiyini və qaldığı yerdən icazəsiz getdiyini bildiriblər.
 
46 yaşlı Gülnarə Kərimova 2017-ci ildə dələduzluq və çirkli pulların yuyulması maddəsiylə ittiham edilərək 10 il həbs cəzası alıb. Apelyasiyada bu cəza 5 il ev həbsiylə əvəzlənib. Gülnarə Kərimovanın vəkili Qriqori Manjet bildirib ki, müştərisini evdən zorla aparıblar. Əynindəki ev xalatını belə dəyişməyə imkan olmayıb.
 



OXŞAR XƏBƏRLƏR