Prezidentin köməkçisi Şəmkirin yeni icra başçısını kollektivə təqdim etdi

Prezidentin köməkçisi Şəmkirin yeni icra başçısını kollektivə təqdim etdi
Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş Rəşad Tağıyev qurumun kollektivinə təqdim olunub.

Sfera.az-ın məlumatına görə, təqdimatı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev edib.

Qeyd edək ki, Rəşad Tağıyev 1981-ci ildə Neftçala rayonunda anadan olub.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində korporativ hüquq üzrə magistr dərəcəsi alıb.

2003-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.

2007-2013-cü illərdə "Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və "Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib.

2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb.

Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

2020-ci ilin dekabrından Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsində çalışıb.

Ailəlidir, iki övladı var.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qızları olan ailələrə ŞAD XƏBƏR

Azərbaycanda qız övladları olan ailələri dəstəkləmək və qadınların sosial həyatda iştirakını stimullaşdırmaq təklif edilir. Sfera.az-ın məlumatına görə bi...

Ziya Məmmədova ağır itki üz verdi

Keçmiş nəqliyyat naziri Ziya Məmmədova ağır itki üz verib. Sfera.az Manset.az-a istinadla xəbər verir ki, sabiq nazirin  bacısı oğlu Tahir Əfəndizadə...

DYP-dən bazar müdirinin polislər tərəfindən təzyiqə məruz qalması iddiaları ilə bağlı AÇIQLAMA

Baş Dövlət Yol Polisi İdarəsi polislər tərəfindən təzyiqə məruz qaldığını, spirtli içki qəbul etmədiyi halda bu səbəbdən saxlanıldığını iddia edən bazar müdiri ...

Azərbaycanlı alim yeni vəzifəyə təyin olundu

Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinə yeni sədr müavini seçilib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ötən gün...

Ramiz Mehdiyev AMEA-nın kamera sistemini yeniləyir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi qurumun Rəyasət Heyətinin inzibati binasında kamera sisteminin yenilənməsi və turniketlərə üz tanıma...

Benzinin qiymətindəki dəyişikliyin maşın bazarına təsiri – VİDEO

Xəbər verdiyimiz kimi, ötən həftə Azərbaycanda 95 və 98 oktanlı benzinin qiymətinin artması ilə müəyyən vaxtdır maşın bazarında yaşanan durğunluq da canlanma il...