No Image

Prezidentin köməkçisi ön xətdə yerləşən bir sıra hərbi hissələrdə olub - FOTO

Prezidentin köməkçisi ön xətdə yerləşən bir sıra hərbi hissələrdə olub - FOTO
 Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ön xətdə yerləşən bir sıra hərbi hissələrdə olublar.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.

Düşmənlə üzbəüz yüksək dağlıq şəraitdə döyüş növbətçiliyi aparan şəxsi heyətin xidməti ilə maraqlanan H.Hacıyev komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini müşahidə edib.

Sonra Horadiz şəhərində yerləşən Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib.

Ön xətdə olan qonaqlar döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb. Görüş zamanı Ali Baş Komandanın salamlarını şəxsi heyətə çatdıran H.Hacıyev Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi və hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı cənab Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası istiqamətində fəaliyyətlərin davam etməsindən danışaraq bu məsələlərin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu da xüsusi vurğulayıb.

Sonra ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçularla birgə nahar edilib və çay süfrəsi arxasında söhbət aparılıb.
Cəbhəboyu kəndlərdən birində yerli sakinlərlə görüşən H.Hacıyev ölkə başçısının salamlarını onlara çatdırıb və əhalinin qayğıları ilə maraqlanıb. Yaradılan şəraitdən məmnunluqlarını ifadə edən kənd sakinləri onların minnətdarlığının ölkə rəhbərliyinə çatdırılmasını xahiş ediblər.

OXŞAR XƏBƏRLƏR

Öldürülən erməni qadın snayperinin FOTOLARI

  Bu gün öldürülən erməni snayperi kiçik çavuş Hasmik Arzumanyan 2014-cü ildən Ermənistan ordusunda xidmət edib.  Sfera.az xəbər verir ki, Sünik böl...

Tərtərdə məhkəmə binası vuruldu - FOTOLAR

  Tərtər rayonunda məhkəmənin inzibati binası vurulub. Qafqazinfo-nun hadisə yerində olan əməkdaşının məlumatına görə, binaya ciddi ziyan dəyib. &n...

Düşmənin yaydığı bu məlumatlar yalandır - FOTOLAR

  Şanlı ordumuz bu gün səhər saatlarından başlayaraq ermənilərin təxribat və hücumlarına cavab olaraq, əks-hücum əməliyyatları həyata keçirir, indiyədək b...

ABŞ Heritage Fondu müharibə ilə bağlı bəyanat yaydı - Trump Administrasiyası nə düşünür?

ABŞ Heritage Fondunun Beynəlxalq Əlaqələr üzrə direktoru Luke Coffey öz tvitter hesabında cəbhədə baş verənlərlə bağlı bəyanat yayıb. O bildirib ki, "Erməni ...

Ermənistan ordusunun verdiyi itkilər açıqlandı - FOTOLAR

  Ermənistan tərəfi rəsmən cəbhədəki döyüşlərdə həyatını itənlərlə bağlı məlumat yayıb. Lakin Ermənistan tərəfi itkilərini 10 dəfə azaldıb. Rəsmi a...

Ermənilərin yaraladığı mülki vətəndaşımızın FOTOSU

  Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşay...