Prezidentin köməkçisi: Cəbrayılda əsaslı bərpa işləri görüləcək
23:42 / 16.11.2020
7535
"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva azad olumuş Cəbrayılın mərkəzində. Hər şey yerlə-yeksan edilib. Ermənistanın vandalizminin miqyası təsəvvür olunmazdır.Prezident İlham Əliyev vurğuladı ki, əsaslı bərpa işləri görüləcək".
Sfera.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb.