Prezidentin köməkçisi: \"Beynəlxalq ictimaiyyət Ermənistanın Füzuliyə vurduğu ziyanı qiymətləndirəcək\"
11:43 / 22.11.2020
1527
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində beynəlxalq ictimaiyyətin Ermənistanın Füzuli rayonuna vurduğu ziyanın miqyasını hesablaması barədə bildirib.
Sfera.az xəbər verir ki, Hikmət Hacıyev yazıb:
"Beynəlxalq ictimaiyyət Ermənsitanın işğal dövründə Füzulinin dağıtmasının miqyasını qiymətləndirməlidir”.
O, qeyd edib ki, ölkəmizə akkreditə olunmuş səfirlər, beynəlxalq təşkilatların rəhbərləri və işğaldan azad edilmiş Füzuli rayonundadırlar.