Prezidentin köməkçisi: “Azərbaycanın da səbrinin bir həddi var”

Prezidentin köməkçisi: “Azərbaycanın da səbrinin bir həddi var”

 

"Ermənistanın yürütdüyü siyasət hər bir vəchlə işğala əsaslanan status-kvonu saxlamaq, müxtəlif bəhanələr vasitəsi ilə danışıqlar prosesinin irəli getməsin imkan verməməkdən ibarətdir”.


Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.


H. Hacıyev deyib ki, son dövrlər Ermənistanın yeni növ koronavirus (COVİD-19) mövzusunu siyasi möhtəkirlik obyektinə çevirməsi, bu mövzunun arxasında gizlənərək münaqişənin həllinə imkan verməmək kimi siyasəti yürütməsi, danışıqlar prosesinə zərbə vuran destruktiv və ziddiyyətli açıqlamaları ATƏT-in Minsk Qrupunun həmsədrlərinə hörmətsizlik kimi qiymətləndirilməlidir: "Ancaq COVİD-19 özlüyündə çox münbit bir şərait yaradır ki, Ermənistan öz işğalçılıq siyasətinə son qoysun. Beynəlxalq ictimaiyyətin də çağırışı bundan ibarətdir”.

 

Prezidentin köməkçisi vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prinsipləri ilə bağlı Azərbaycanın mövqeyi qəti və birmənalıdır: "Prezident İlham Əliyev tərəfindən bu mövqe müəyyən olunub. Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll olunmalıdır. Danışıqlar qeyri-müəyyən müddətə qədər davam edə bilməz. Azərbaycanın da səbrinin bir həddi var. 25 ildən artıq müddətdə Ermənistanla danışıqlar aparması özü Azərbaycanın güzəştidir. Bu günlərdə Ermənistan tərəfindən də qeyd olunur ki, 1994-cü ildə imzalanan atəşkəs sazişindən uzun müddət keçib. Amma atəşkəs heç bir halda əbədi sülh deyil, sadəcə, sülhün irəli aparılması üçün şərait yaratmalıdır. Ermənistan atəşkəsin davamlı sülhə çevrilməsinə imkan verməyib, atəşkəsdən istifadə edərək işğalçılıq siyasətini gücləndirməyə çalışıb”.


H. Hacıyev qeyd edib ki, Azərbaycan danışıqlar prosesində konstruktiv iştirakını davam etdirir: "Amma onu da qeyd etməliyik ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində də nəzərdə tutulduğu kimi bütün vasitələrdən istifadə edərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini təmin etmək hüququnu hər zaman özündə saxlayır. Bundan irəli gələn nəticələrə görə isə məsuliyyət Ermənistanın üzərinə düşəcək”.


OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...