Prezidentin katibi istintaqa ifadə verib

Prezidentin katibi istintaqa ifadə verib
 

Gürcüstan Prezidenti Salome Zurabişvilinin parlament üzrə katibi Dmitri Qabunia Baş Prokurorluqda istintaqa ifadə verib.

Sfera.az bildirir ki, D. Qabunia Prezident S. Zurabişvilinin avqustun 28-də imzaladığı əfv sərəncamı ilə əlaqədar başladılan istintaq çərçivəsində sorğu-sual edilib. 

Prezidentin katibinin dindirilməsi bir saatdan çox çəkib.

 

Qeyd edək ki, Gürcüstan Prezidenti S. Zurabişvili ötən ay "Mariamoba" bayramı münasibəti ilə 34 məhkumun əfv olunması barədə sərəncam imzalayıb. Əfv siyahısında adı olanlardan üçü qətlə görə məhkum edilib, biri isə beynəlxalq axtarışda olub. Sərəncam ictimaiyyət arasında geniş narazılığa səbəb olub və "Avropalı Gürcüstan" partiyasının Baş Prokurorluğa müraciətindən sonra S. Zurabişvili barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə istintaq başladılıb. İddialar təsdiqini taparsa, prezident üç ilədək vəzifə tutmaqdan məhrum oluna və ya fəaliyyətindən məhrum edilməklə, üç ilədək həbs edilə bilər. (apa)


OXŞAR XƏBƏRLƏR