Prezidentin fəxri diplomu ilə təltif edildi

Prezidentin fəxri diplomu ilə təltif edildi

 

Prezident İlham Əliyev Sabir Həbibovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd olunur ki, tibb elminin inkişafındakı xidmətlərinə görə Sabir Qaçay oğlu Həbibov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.

 

Qeyd edək ki, tibb elmləri doktoru, professor, "Rusiya Federasiyasının əməkdar həkimi" (2009), Rusiya Tibbi-Texniki Elmlər Akademiyasının və Ümumrusiya Endoskopiya Cərrahları Cəmiyyətinin həqiqi üzvü S.Həbibov Moskva şəhəri Səhiyyə Departamentinin 79 nömrəli Şəhər Klinik Xəstəxanası dövlət müəssisəsinin Rekonstruktiv, plastik və endoskopik cərrahiyyə şöbəsinin müdiridir.

 
Trend //
Sfera.az
 

 

 

 



OXŞAR XƏBƏRLƏR