Prezidentin çıxışı zamanı PARTLAYIŞ - 24 ölü
13:20 / 17.09.2019
769
Əfqanıstanın Pərvan əyalətində Prezident Əşrəf Qəninin seçki kampaniyası çərçivəsində çıxışı zamanı partlayış törədilib.
Sfera.az bildirir ki, hadisə nəticəsində azı 24 nəfər həlak olub, 30-dan çox yaralı var.
Hadisənin Prezidentin tərəfdarlarının olduğu yerdən hansı məsafədə baş verdiyi bildirilmir.
Partlayışla bağlı hələlik məsuliyyəti üzərinə götürən olmayıb.