Prezidentin çağırışından çıxan nəticə: “İslahatlar bitməyib, davam edəcək...”

Prezidentin çağırışından çıxan nəticə: “İslahatlar bitməyib, davam edəcək...”


"Prezidentin son müşavirədəki çağırışı ona işarədir ki, kadr islahatları bitməyib, davam edəcək və bu davamı gözləmək lazımdır”.


Sfera.az-a açıqlamasında bu sözləri Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirə zamanı dövlət başçısının iqtidarda olanların bəzilərinin islahatlara qarşı çıxması və belə adamlarla yol yolçusu ola bilməyəcəkləri barədə sərt açıqlaması fonunda ölkədə növbəti kadr islahatlarının ola biləcəyi perspektivinə toxunarkən iqtisadçı ekspert Ruslan Atakişiyev deyib:

 

"İslahatlar reallaşarkən prosesə adaptasiya oluna bilməyən, və ya koorporativ maraqlardan çıxış edən şəxslər islahatlara münasibətdə destruktiv mövqe sərgiləmək yolunu tutur. Təbii ki, onların bu hərəkəti adətən islahatların səmərəliliyinin aşağı düşməsinə təsir göstərir. 2016-cı ildə qəbul olunan yol xəritələrinin hər il monitorinqi aparılır. Həmin monitorinqlər zamanı bu işlərin sürətli və vaxtında həyata keçirilməsinin hədəf götürülməsilə yanaşı, qarşıya çıxan problemlər, onların hansı obyektiv və ya subyektiv səbəblərdən yarandığı da müəyyənləşdirilir. Mövcud problemlərin yaranmasında subyektiv amillər varsa, bu özünü müəyyən məmurların öz fəaliyyətlərilə nəzərdə tutulan işin tam olaraq hədəfə çatmasında maneə törətmələrində, yeni sistemə uyğunlaşa bilməmələri, yeniliyə münasibətdə səriştələrinin az olmasında göstərir. Təbii ki, bu fonda belə şəxslərin daha peşəkar kadrlarla əvəz olunmasına ehtiyac yaranır. Son dövrlər bunu da müşahidə edirik. Prezidentin son müşavirədəki çağırışı da ona işarədir ki, kadr islahatları bitməyib, davam edəcək və bu davamı gözləmək lazımdır”.


R. Atakişiyev düşünür ki, kadr islahatları fonunda regionlar üzrə icra hakimiyyəti strukturları müasir dövrün tələblərinə, bazar iqtisadiyyatı düşüncəsinə sahib insanlarla əvəzlənməlidir:"Bu istiqamətdə islahatlar aparılır. Amma araşdırmalar göstərir ki, mərkəzdə islahatlar daha effektiv alınsa da, rayon yerlərində yenə də köhnə idarəetmə üsulları, köhnə yanaşma tərzi, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələr davam edir. Ona görə də yerlərdəki kadrlar müasir dövrün tələblərinə cavab verən şəxslərlə əvəzlənməlidir. Yəni idarətetmə sahəsində islahatlara ehtiyac vardır. Habelə, məhkəmə sistemində islahatlar aparılmalıdır. Xüsusən də, əqli mülkiyyətin qorunması sahəsində ciddi islahatlara getməliyik”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ermənistanda minatəmizləmə işləri ilə əlaqədar Bağanis-Voskepar yolu BAĞLANDI

Ermənistan polisi minatəmizləmə işlərini aparmaq və vətəndaşların bu ərazilərə daxil olmasına mane olmaq üçün Bağanis (Bağanis Ayrım - red.) - Voskepar (Aşağı Ə...

"Qərb danışıqlara nə qədər az müdaxilə etsə, Cənubi Qafqaza sülh o qədər tez gələcək"

“Məlum olduğu kimi, Azərbaycanın və Ermənistanın delimitasiya komissiyalarının aprelin 19-da keçirilmiş növbəti görüşündə sərhəd delimitasiyası prosesinin...

“Yeni strateji dövrdə Yelo innovativ bank mövqeyini gücləndirəcək” - MÜSAHİBƏ

Emil müəllim, xoş gördük. Gəlin 2023-cü ilə qısa baxış edək. Ötən ili həm Bankınız, həm də maliyyə sektoru üçün necə dəyərləndirirsiniz?   İlk öncə müs...

Azər Türk Bank daha bir filialını istifadəyə verdi - FOTOLAR

Dövlət bankı Azər Türk Bank özünün xidmət şəbəkəsini genişləndirməkdə davam edir.   Bu gün Bank Sumqayıt şəhərində yeni koseptdə açılan fiz...

Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi BAŞLADI

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəb...

ABB-nin ATM-lərində YENİLİK!

Ölkəmizin ən böyük xidmət şəbəkəsinə malik banklarından olan ABB öz ATM-lərində yeni proqram təminatının tətbiqinə başlayıb. Bu yenilik ATM-lər vasitəsilə bank ...