“Prezidentimizin rəhbərliyi ilə Kəlbəcəri dirçəldəcəyik” - Cavid Qurbanov

“Prezidentimizin rəhbərliyi ilə Kəlbəcəri dirçəldəcəyik” - Cavid Qurbanov
"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Kəlbəcər rayonunun azad olunması münasibətilə kəlbəcərliləri təbrik edib.

Sfera.az xəbər verir ki təbrikdə deyilir:
 
"Əziz həmyerlilər! Əziz, bacılarım, qardaşlarım! Nəhayət ki, 27 il 7 aydan sonra Kəlbəcərimiz şərəfsiz, vandal, quldur düşmənlərimizdən təmizləndi. Bu şanlı qələbəmiz münasibətilə hər birinizi bağrıma basıram.

Bu qələbə sevincini bizə yaşadan möhtərəm cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə sonsuz ehtiramımızı və minnətdarlığımızı bildiririk. Bu qələbə Ulu Öndərimiz Heydər Əliyev siyasətinin, onun layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevin qələbəsidir! Ölkəmizdəki xalq-iqtidar birliyinin qələbəsidir! Müzəffər Ordumuzun qələbəsidir! Həm diplomatiyada, həm də ordu quruculuğundakı uğurlarımızın nəticəsidir! Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən Savaşında qızıl həriflərlə tarixi bir salnamə yazdı. Eşq olsun Müzəffər ordumuza! Eşq olsun Müzəffər Ali Baş Komandanımıza! Bu qələbə tariximizə qızıl hərflərlə, qızıl imza ilə yazıldı və möhürləndi. İnşallah doğma yurdlarımızda sizlərlə görüşəcəyik, cənab Prezidentimizin rəhbərliyi ilə Kəlbəcəri dirçəldəcəyik.

Allah bu şərəfli və xoşbəxt günləri bizə nəsib edən Müzəffər Milli Ordumuza və Müzəffər Ali Baş Komandanımıza yar və yardımçı olsun.

Qəhrəman Milli Ordumuzun və Ali Baş Komandanımızın şücaəti və rəşadəti ilə Kəlbəcər bizə, biz də Kəlbəcərə qovuşduq.

Bayramımız mübarək olsun, əziz yurddaşlarım.
Kəlbəcər bizimdir!
Qarabağ Azərbaycandır!”
 
 

OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...