Prezidentdən Zəngəzur mesajı: İstədiyimizə nail oluruq

Prezidentdən Zəngəzur mesajı: İstədiyimizə nail oluruq
Bilirsiniz ki, sovet vaxtında Zəngilanda hava limanı yox idi. Amma indi nəinki hava limanı, beynəlxalq hava limanı olacaq və Zəngilan ölkəmizin nəqliyyat logistika mərkəzinə çevriləcək.

Sfera.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

"Zəngəzur dəhlizi buradan keçir, dəmir yolu tikilir, avtomobil yolu – Horadiz-Ağbənd tikilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq”, - İ.Əliyev qeyd edib.

OXŞAR XƏBƏRLƏR