Prezident: \"Zəngilan məscidi bərpa edilir, orada lövhələr də qoyulub\"

Prezident: \
"Biz indi Zəngilan məscidini də bərpa edirik".

Sfera.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev okryabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı ilə sakinlər arasında söhbət belə davam edib:

Prezident İlham Əliyev: Biz indi məscidi də bərpa edirik.

Axund: Bu məsciddə axund işləmişəm. Mehriban xanıma da təşəkkür edirik. Bu xoş günləri bizə yaşatdığınıza görə Sizə bir daha təşəkkür edirəm. Əslində, Siz bizə ikinci dəfə Zəngilanda yaşamağı qismət edibsiniz. Cənab Prezident, Sizə bütün Zəngilan camaatı adından təşəkkür edirəm.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ ol. Heydər Əliyev Fondu məscidin bərpası ilə məşğuldur, artıq orada lövhələr də qoyulub. Biz də burada olanda simvolik olaraq təməl daşını da qoyduq. Onu da bərpa edəcəyik.

Birinci xanım Mehriban Əliyeva: O qalan hissəni.

Prezident İlham Əliyev: Bəli, qədimdən qalan o hissəni bərpa edəcəyik. Mənə dedilər ki, sovet vaxtında ora klub idi, ya da anbar.

Sakin: Ora bizim kəndimizin meşəsidir. Azərbaycanın böyük münbit meşələrindən biridir.

Prezident İlham Əliyev: Sizin kəndiniz buradadır?

Sakin: Bəli, Vənədli kəndi, aşağıdadır. Bütün ağacları qırıblar - cökə, palıd, vələs, ulas. Tarixin çox məşhur ağacları olan böyük meşələrdən biri olub.

Prezident İlham Əliyev: Kəsib daşıyıblar ağacları. Biz Bəsitçayda olanda gördük ki, hətta kötükləri yandırıblar. Kəsiblər ağacları, yandırıblar. Bəsitçay qoruğunun bir hissəsi qalıb, ora 100 hektardan böyük bir ərazi idi.

Sakin: Bəli, dövlət qoruğu olub əvvəllər.

Prezident İlham Əliyev: Bəli, Siz də dediniz, Avropada birinci çinar meşəsidir.

OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...