Prezident yanında Şura üzvündən həyacanlı KORONAVİRUS XƏBƏRDARLIĞI: “Gəncədə vəziyyət yaxşı deyil...”

Prezident yanında Şura üzvündən həyacanlı KORONAVİRUS XƏBƏRDARLIĞI: “Gəncədə vəziyyət yaxşı deyil...”

"İndicə Gəncədən bir QHT rəhbəri zəng edib mənə. Onda koronavirusa görə test pozitiv çıxıb. Evdə valideyni və övladı da var. Amma təcili yardım gəlib aparmır. Ümumiyyətlə Gəncədə vəziyyətin yaxşı olmadığı deyilir, yoluxma çoxalıb”.


Sfera.az-ın məlumatına görə, bu sözlər Prezident yanında QHT-lərə Dəstək Şurasının üzvü Sahib Məmmədova məxsusdur. Sonuncu paylaşımı ilə diqqətləri ölkənin ikinci böyük şəhəri olan Gəncədəki acınacaqlı epidemioloji duruma yönəldən S.Məmmədovun sözügedən statusu ciddi müzakirələrə səbəb olub.


Ölkənin tanınmış simaları şərh bölümündə S.Məmmədovun narahatlığına şərik olduqlarını bildirərək, Gəncədəki vəziyyətin təcili olaraq nəzarətə götürlüməsinin vacibliyini vurğulayıblar.


Bu baxımdan Gənc Liderlər təşkilatının təsisçisi Sabina Alakbarova və NAYORA üzvü Vüsalə Hüseynlinin şərhləri diqqət çəkib.

 

Həmin paylaşımın fotosunu təqdim edirik.

 


OXŞAR XƏBƏRLƏR