Prezident Vladimir Zelenskiyə başsağlığı verib

Prezident Vladimir Zelenskiyə başsağlığı verib
 

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib.

Sfera.az xəbər verir ki, başsağlığında deyilir: "Hörmətli cənab Prezident,

Tehran şəhəri yaxınlığında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

 


OXŞAR XƏBƏRLƏR