Prezident: "Vəziyyətin hələ də qaynar fazada olması bizim təqsirimiz deyil"

Prezident:
Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyəti danışıqlar prosesinin pozulmasına yönəlib.

Sfera.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə videomüsahibəsində deyib.

Dövlət başçısı bildirib: "Vəziyyətin hələ də qaynar fazada olması bizim təqsirimiz deyil. Mən dəfələrlə demişəm ki, Azərbaycan nizamlama prinsiplərinə sadiqdir. Bu prinsiplər çoxillik danışıqlar prosesində işlənib hazırlanıb. Mən öz açıq çıxışlarım və bu günlərdə mətbuat nümayəndələri ilə əlaqələrim çərçivəsində təsdiq etmişəm ki, əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, biz günü sabah hərbi əməliyyatları dayandırmağa hazırıq. Lakin Yerevandan eşitdiyimiz bəyanatlar ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmış baza prinsiplərinə tamamilə ziddidir. Ermənistan rəhbərliyi lap yaxın vaxtlarda baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatlarla çıxış edib. Prinsip etibarilə, Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyəti danışıqlar prosesinin pozulmasına yönəlib. Bu prosesi zəiflətməyə yox, məhz pozmağa. Mən onların çoxsaylı bəyanatları, təhrikçi hərəkətləri və Azərbaycanın dinc əhalisinə hücumları barədə danışmışam. Buna görə də, əgər erməni tərəfi nəhayət başa düşsə ki, hərbi təxribatlar yolu onları fəlakətə aparır, biz hərbi əməliyyatları yenidən dayandırmağa və məsələni danışıqlar masası arxasında həll etməyə hazırıq".

OXŞAR XƏBƏRLƏR

Putin vaksinlə bağlı əmr verdi

Rusiya Prezidenti Vladimir Putin "Sputnik V" adlı koronavirus vaksininin ölkədə istifadəsi ilə bağlı əmr verib. Sfera.az xəbər verir ki, bu barədə Rusiya ...

Ruhi Əliyeva koronavirusa yoluxdu

"Liatris Holding"in rəhbəri, müğənni Ruhi Əliyeva koronavirusa yoluxub.  Sfera.az xəbər verir ki, bu barədə məlumatı müğənni özü İnstagram hesabında ...

Hadrut meşələrində gizlənən erməni əsgərləri - "Kömək istəyiblər..."

44 günlük müharibədə sağ qalan və döyüşdən qaçıb meşələrdə gizlənən düşmən əsgərlərindən bir qrupu Hadrut ətrafındakı meşəliklərdə gizlənir. Və xilas olmağa can...

Ən güclü orduları olan ölkələr - SİYAHI

Dünyanın ən güclü silahlanan ölkəsi İsraildir. Sfera.az xəbər verir ki, bu barədə Almaniyada Sülh Araşdırmaları İnstitutu (BICC) tərəfindən yayımlanan Qlo...

"2030-cu ildə NATO üzvü olacağıq" - Cabbarova

Ukrayna 2030-cu ildə NATO üzvü olmağı hədəfləyir. Sfera.az xəbər verir ki, bu sözləri Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Cabbarova deyib...

"Bu, olmasa, Ermənistan ikinci zərbəni də alacaq" - Keçmiş prezidentdən HƏYƏCAN TƏBİLİ

"Ermənistanla Rusiya arasında münasibətləri uğurla qurmaq üçün qeyd-şərtsiz etimada sahib bir hökumətə ehtiyac var. İndiki hökumətlə buna nail olmaq mümkün deyi...