Prezident və birinci xanım İçərişəhərdə bərpa-konservasiya işləri ilə tanış olublar
14:25 / 29.06.2020
1428
İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar.
Bu barədə Azərbaycan Prezidentinin Məbuat xidmətindən Sfera.az-a məlumat verilib.
Bərpa-konservasiya işləri birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilib.