Prezident və birinci xanım “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınma mərasimində iştirak etdi - YENİLƏNİB

Prezident və birinci xanım “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınma mərasimində iştirak etdi - YENİLƏNİB
Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda "Ro-Pax” tipli "Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı "Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər.

Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə "Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması mərasimində iştirak ediblər.

Məlumat verilib ki, "Ro-Pax” tipli "Akademik Zərifə Əliyeva” gəmi-bərəsi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunub.

Prezident İlham Əliyev "Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınmasını bildirən düyməni basıb.

Birinci xanım Mehriban Əliyeva gəminin suya salınmasını bildirən rəmzi lenti kəsib.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Ro-Pax” tipli "Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak ediblər.

Dövlət başçısına və birinci xanıma "Azərbaycan” gəmi-bərəsi barədə məlumat verilib. Bildirilib ki, nadirliyi ilə seçilən bu layihə çərçivəsində ilk dəfə Xəzərdə yeni "Ro-Pax” tipli gəmi-bərələr istismara veriləcək.

Prezident İlham Əliyev gəmi-bərənin istismara verilməsini bildirən düyməni basıb.

Diqqətə çatdırılıb ki, istismara verilən gəmi-bərə sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyacaq. Bildirilib ki, 2013-cü ildən bəri donanmanın yenilənməsi istiqamətində aparılan işlər nəticəsində 18 yeni gəmi alınaraq istismara verilib.

  13:03
 
Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda "Akademik Zərifə Əliyeva” gəmisinin suya salınması və ilk "Ro-Pax” tipli "Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər.

Sfera.az  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...