Prezident torpaqların azad olunmasının detallarını açıqladı - VİDEO

Prezident torpaqların azad olunmasının detallarını açıqladı - VİDEO
Ukraynanın məşhur hərbi jurnalisti və ictimai aktivisti Roman Boçkala Bakıda işgüzar səfərdə olan zaman Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibə almaq imkanına malik olub.

Sfera.az xəbər verir ki, bu barədə Roman Boçkala Feysbuk hesabında yazıb.

O, qeyd edib ki, Azərbaycanın dövlət başçısı işğal edilmiş ərazilərin azad olunmasının təfərrüatlarını danışıb.

"Bu gün Azərbaycan Prezidentinə sual vermək imkanına malik oldum. İşğal edilmiş ərazilərin azad olunması üzrə xüsusi əməliyyatın təfərrüatları məni maraqlandırırdı. Qısa müddətə. 44 gün. İlham Əliyev bunun necə əldə edildiyini açıqlayır. Sadəcə dinləyin. Şlyapanı çıxarıram", - Roman Boçkala qeyd edib.

Azərbaycan rəhbəri bildirib ki, düşmən öz mövqelərini möhkəmləndirmək üçün mümkün olan hər şey edib. Amma Azərbaycan hərbçilərinin şücaəti sayəsində yenə də işğalçılara qalib gəlməyə müvəffəq olduq:

"Düşmən demək olar, 30 il ərzində müdafiə xəttini çox fəal şəkildə gücləndirib. Və hətta nə vaxt, azad edilmiş ərazilərə baş çəkirsən - yəqin siz də həmçinin gördünüz, xüsusilə Füzuli istiqamətində, - orada bir neçə müdafiə xətti var.

Üstəlik, uzunmüddətli atəş nöqtələri, hətta onların bütün səngərləri atəşə tutuldu ki, əgər biz ora girsək, artilleriya atəşinə məruz qalmayaq. Buna görə müdafiənin yarılması böyük cəsarət tələb edirdi.

Və bizim müdafiənin xəttini dağıdan hücum bölmələrimiz, əsl qəhrəmanlıq göstərdi. Buna görə əsas vəzifə müdafiənin xəttini yarmaq idi.

Həm də biz təxminən bilirdik, onlar bizi harada gözləyirlər və biz elə yerdən gedirdik ki, haradan hətta təsəvvür etmələri çətin idi.

Onlar indiyə qədər anlaya bilmirlər ki, biz Şuşaya girdik.

Budur, onlar bəzən mətbuatda bir-birlərindən soruşurlar, deməli nə vaxtsa anlayacaqlar".

Prezident İlham Əliyev qeyd edib ki, əsasən xüsusi təyinatlı dəstələr və aviasiya insan tələfatının minimallaşdırmasında böyük rol oynayıblar. Hərbçilərin koordinasıya olunmuş işi və planlaşdırmaları əməliyyatın müvəffəqiyyətlə başa çatımasına gətirib çıxardı.

"Bu, Azərbaycanın xüsusi təyinatlı dəstələrinin və digər xüsusi hərbi bölmələrin cəsarət, qəhrəmanlıq, fədakarlıq tarixidir.

Amma bu gün bu sirr deyil ki, döyüş əməliyyatlarında həmçinin sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidmətləri, kəşfiyyat xidmətləri, Naxçıvan qarnizonunun xüsusi qüvvələri iştirak edirdi.

Hər kəsin vahid komandanlıq altında öz vəzifəsi var idi. Qırx dörd gündə ərazilərimizi azad etməyimiz xüsusi təyinatlı qüvvələrin böyük xidmətidir, eləcə də ordu bölmələri ərazilərin azad edilməsində və mövqelərin tutulmasında böyük rol oynadı.

Cəbhə aviasiyası, pilotsuz uçuş aparatları, onlar adətən insan qurbanlarının sayının minimuma enməsində çox böyük rol oynadılar, çünki əgər onlar olmasaydı, onda olduqca çoxlu sayda qurbanlar olardı.

Bütün bu əməliyyatların uyğunlaşdırılması, həm də əlbəttə ki düzgün planlaşdırma müvəffəqiyyətə gətirib çıxardı", - Azərbaycan Prezidenti deyib.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...