Prezident sosial şəbəkələrlə bağlı polisə tapşırıq verdi - TƏFƏRRÜAT

Prezident sosial şəbəkələrlə bağlı polisə tapşırıq verdi - TƏFƏRRÜAT


Rusiya Prezidenti Vladimir Putin Rusiyada narkotik maaddələrin qeyri-qanuni dövriyyəsinin qarşısını almaq üçün əlavə tədbirlərin həyata keçirilməsinə dair göstəriş verib.

 

Sfera.az-ın RİA Novosti-yə istinadıla məlumatına görə, dövlət başçısının tapşırıqlar siyahısında göstərilir ki, narkotik, psixotrop və potensial təhlükə yaradan yeni psixoaktiv maddələrin hazırlanmasına və tətbiqinə, eləcə də onların haradan əldə edilə biləcəyinə dair məlumatın internetə çıxışının məhdudlaşdırılması zəruridir.

 

Bundan əlavə, prezident sosial şəbəkələrdə qadağan edilmiş maddələrin istifadəsinə və təbliğinə cəlb edilməsinə görə cinayət məsuliyyətinin təyin olunması məsələsi üzərində işləməyə də çağırıb.


Baxılması təklif olunan tədbirlər sırasında narkotik maddələrin istifadəsinin profilaktikası, narkotik asılılığından xilas olmuş insanların reabilitasiyası və cəmiyyətə təkrar inteqrasiyası, eləcə də narkotik maddə istifadəçilərinə yardım məqsədi ilə xüsusi proqramlar işləyib hazırlayan və tətbiq edən qeyri-dövlət qurumlarına dəstək də nəzərdə tutulur.

 

Bunlarla yanaşı, Putin DİN-nə narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə aparan əməkdaşların ( həmçinin də internetdə) ştatını artırmaq göstərişi verib.

 

 

Məruzə 2020-ci ilin 10 yanvarına qədər prezidentə təqdim olunmalı, bundan sonra isə hər kvartal bu mövzuda məruzə edilməlidir.

 

 

Sfera.az

Selcan


OXŞAR XƏBƏRLƏR