\"Prezident siyasi müstəvidəki balansı Azərbaycanın xeyrinə dəyişə bildi\"

\
"Azərbaycan bu gün təkcə BMT  Təhlükəsizlik Şurasının 27 il bundan öncə  təcavüzkar Ermənistanın qeyd-şərtsiz işğal etdiyi torpaqlardan çıxması barədə qəbul etdiyi qərarların icrasını reallaşdırıb, ərazi bütövlüyünü, suveren hüquqlarını təmin etmir, eyni zamanda   dünyanın təhlükəsizliyinə ciddi təhdid olan erməni qəsbkarlığının, faşizminin, terrorunun qarşısı alınması istiqamətində  ciddi addımlar atır. Hansı ki, bu işlər  BMT-nin və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində  vasitəçilik missiyasını həyata keçirən BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ATƏT-in Minsk qrupu həmsədrlərinin birbaşa vəzifələridir. BMT TŞ-nin daimi üzvlərinin əsas vəzifəsi dünyadakı separatizm, işğalçılıq, terror, faşizm siyasətini yürüdən dövlətlərə qarşı ciddi tədbir görmək, lazım gəldikdə isə onlara qarşı sanksiyalar tətbiq etməkdir. Ancaq təəssüflər olsun ki, biz  nə BMT TŞ-nin daimi üzvlərinin, nə də ki, ATƏT MQ həmsədlərinin 27 ildə qəsbkar Ermənistan yürütdüyü  təcavüzkarlıq, terror, faşizm siyasətinə son verməsi üçün  hansısa addım atmayıb. Əksinə təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə dəstək veriblər”.

Sfera.az xəbər verirki, bunu açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan bu gün  regional və dünyada sülhə, sabitliyə  təhdid yaradan  erməni terror dövlətinə qarşı sülhə məcburetmə və xilaskarlıq əməliyyatını həyata keçirməklə  əslində fəaliyyəti iflic vəziyyətinə düşən həmin beynəlxalq  təşkilatların nüfuzunu bərpa etməklə məşğuldur. "Bu gün Azərbaycan dünyanın üzləşdiyi insanlığa qarşı qeyri-insanı  hərbi cinayətlər, vandalizm, qanlı terror aktı törədən bir dövlətin bəlasından xilas etməyə çalışır. Çox təəssüf ki, dünyanın bəzi gücləri və aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları də bu ölkəyə iqtisadi, maliyyə, hərbi dəstək verirlər. Əgər belə olmasaydı  iqtisadiyyatı  acınacaqlı vəziyyətdə olan, illik büdcəsi 2 milyard dollardan artıq olmayan  təcavüzkar Ermənistan  başqa bir ölkəyə qarşı işğalçılıq siyasətini həyata keçirib, bunu uzun müddət davam etdirə bilməzdi. Təcavüzkar Ermənistan Azərbaycana qarşı işğalçılıq, terror və faşizm siyasətini ancaq və ancaq havadarlarının birbaşa dəstəyi ilə edir. Biz bu gün erməni terror dövləti tərəfindən dinc insanlara qarşı qeyri-insani vandalizm, qanlı terror aktları, qətliam, hərbi cinayətlər, ekoloji terror törədilsə də, yenə də susurlar və onların hərəkətlərinə hansısa yolla haqq qazandırmağa çalışırlar.  Bu cür  təkzibolunmaz dəhşətli qeyri-insani cinayətlərdən sonra  həmin ölkələrin təcavüzkarı, terrorçunu müdafiə etməsi sadəcə insanda acı ikrah, qəzəb və nifrət hissi oyadır”- millət vəkili qeyd edib.

Millət vəkili əlavə edib ki,  biz bunun Qərb ölkələrinin  media qurumlarının Azərbaycan Prezidenti ilə müsahibələri zamanı şahidi olmuşuq: "Bəzən avropalı jurnalistlərin öz vəzifə borcunu yerinə yetirmək yox, prokuror kimi apardıqlarının və təcavüzkar Ermənistanın həyata keçirdiyi  işğalçılıq, terror, faşizm siyasətinə haqq qazandırmağa çalışırlar. Biz bunun Almaniyanın ARD telekanalının, ABŞ-ın "Fox news”  telekanalına müsahibəsi zamanı şahidi olduq. Ancaq nədənsə nə Qərb mediasının, nə beynəlxalq təşkilatların, beynəlxalq səviyyəli insan hüquq təşkilatları, qeyri-hökumət təşkilatlarının ermənilərin Gəncədə, Bərdədə, Tərtərdə, Ağdamda  dinc insanlara qarşı törətdiyi  qeyri-insanı hərbi cinayətləri, vandalizm əməlləri ilə bağlı hər hansı reaksiyasına şahid olmadıq. Təsəvvür edin İkinci Dünya Müharibəsindən sonra ən çox bomba atılan yer Tərtər olub. Amma kimsə səsini çıxarmadı.  Beynəlxalq aləmin onlara  reaksiya verməməsindən həvəslənən iticaçı düşmən daha da azğınlaşaraq son günlərdə   dünyada qadağan olunmuş fosfor mərmilərindən istifadə etməyə başlıyıb. Erməni terror dövləti bunu özləri məqsədyönlü edərək işğal altında olan torpaqlarda xilaskarlıq əməliyyatı həyata keçirilən ərazilərdə  meşələri yandırırlar. Bununla da azğınlaşan düşmən növbəti bəşəri cinayətə əl ataraq ekoloji terrorla məşğuldur.  Bu  vandalizm əməlləri ilə kifayətlənməyən azğın düşmən oktyabr ayının əvvəlində fosfor mərmisini Fizulidə dinc insanlara qarşı istifadə edib.  Bunlar faktdır və rəsmiləşdirilib. Azğın təcavüzkar Ermənistanın siyasi-hərbi rəhbərliyinin məqsədyönlü son bir ayada dinc insanlara qarşı vandalizm, qanlı terror aktları, qətliamı, hərbi cinayəti nəticəsində 100-dək mülki insan, 400-dən artıq insan yaralanıb”.

Millət vəkili əlavə edib ki,  döyüş meydanında  ağır məğlubiyyətə düçar olan azğın düşmən  insanlığa sığmayan hərbi cinayətlərə törətməkdə məqsədi həm də Azərbaycanı təxribata təhrik edib,  münaqişəni  regional münaqişəyə çevirmək olub: "Azğın düşmən bununla kifayətlənməyib haqqımızda dezinformasiya yaymaqla Azərbaycanın haqlı mübarizəsinə və beynəlxalq imicinə  kölgə salmağa cəhd edib. Ancaq  azğın, hiyləgər, fitnəkar düşmənin bu cür qeyri-insanı hərəkətləri Azərbaycanı tutduğu yoldan döndərə bilməz. Bu gün cənab Prezident  bir mahir siyasətçi, diplomat, sərkərdə və xalqının xilaskarı kimi özünün liderlik xarakterlərini dünyaya nümayiş etdirdi. Ali Baş Komanda təkcə döyüş meydanında deyil, diplomatiya və informasiya müharibəsində döyüşün önündə oldu. Məhz mahir siaysətçi və diplomatik biliyi, bacarığı nəticəsində dünyanın ən aparıcı mediasının  nümayəndələrini necə "tərksilah” etməyi bacardı. Səsləndirdikləri əsassıq, heç bir arqumentə söykənməyən suallarına cavabı nəticəsində  cənab Prezidentin qarşısında çox aciz və cılız duruma düşmüş oldular.  Cənab Prezidentin mahir, müdrik, cəsarətli, qətiyyətli siyasəti nəticəsində  beynəlxalq siyasi müstəvidəki balansı Azərbaycanın xeyrinə dəyişə bildi. Ciddi təzyiqlərin olmasına baxmayaraq belə, hətta  təcavüzkar Ermənistanın havardarları belə  məcburiyyət qarşısında qalaraq  Azərbaycanın mövqeyini dəstəkləmək zorunda qaldılar. Bu ancaq və ancaq xilaskar lider İlham Əliyevin məharətli, uzaqgörən,  qətiyyətli siyasi iradəsi nəticəsində mümkün oldu. Çünki Azərbaycanın mübarizəsi haqq mübarizəsidir  və kimsə bizi bu yoldan çəkindirə bilməz. Rəşadətli Azərbaycan ordusu, xilaskar Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında qarşıya qoyulan məqsədləri yerinə yetirməklə məşğuldur. Ali Baş Komandanın bəyan etdiyi kimi  Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edir və onun təməl prinsiplərinin böyük hissəsini icra edərək nəinki  öz torpaqlarımızı düşməndən azad edirik, həm də region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq. Beynəlxalq hüququn təməl prinsiplərinin qalan hissəsi də icra ediləcək və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır. Odur ki, heç kim bizim qabağımızda dura bilməz, heç kim bizi bu yoldan çəkindirə bilməz. Tezliklə Azərbaycan ordusu ərazi bütövlüyünü təmin edib, öz ərazisində suveren hüquqlarını bərpa edəcək. Qısa zamanda ölkəmizin bütün ərazilərində Azərbaycan bayrağı dalğalanacaq!”//Ölkə.Az

OXŞAR XƏBƏRLƏR

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunacaq.   Sfera.az-ın məlumatına görə, o, ap...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...