Prezident sərəncam imzaladı - Müddət Uzadıldı
15:36 / 13.01.2022
4330
Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.
Sfera.az xəbər verir ki, Məcəllənin 164.1.51-ci maddəsində "2 il” sözləri "3 il” sözləri ilə əvəz edilib.
Dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin əlavə dəyər vergisindən (ƏDV) azad edilmə müddəti 2023-cü ilin yanvarın 1-dək artırılıb.