Prezident Sərəncam İmzaladı - bu ailələrə birdəfəlik yardım veriləcək

Prezident Sərəncam İmzaladı - bu ailələrə birdəfəlik yardım veriləcək
 

Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında
Sərəncam imzalayıb.

Sfera.az xəbər verir ki, sərəncamda qeyd edilir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödənilsin. Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulmuş vəsaitdən 7,6 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci hissəsindən irəli gələn məsələləri həll edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsinə tapşırılır ki, Nazirliyi birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsini təmin etsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.


OXŞAR XƏBƏRLƏR