No Image
No Image

Bərdədən Ağdama dəmir yolu xətti çəkiləcək - Prezidentdən SƏRƏNCAM

Bərdədən Ağdama dəmir yolu xətti çəkiləcək - Prezidentdən SƏRƏNCAM
Prezident İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sfera.az xəbər verir ki, sərəncam bu istiqamətdə aparılan işlərin davam etdirilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası və Ağdam rayonunun dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədi daşıyır.

Sərəncamla ümumi uzunluğu 45,0 kilometr olan Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən dəmir yolu xəttinin tikintisinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatmış, Ağdam rayonunun erməni təcavüzünə məruz qalmış bütün əraziləri də işğaldan azad edilmişdir.

Rayonun 27 il ərzində işğal altında saxlanılmış ərazilərində, Ağdam şəhəri də daxil olmaqla bütün yaşayış məntəqələri, o cümlədən həyati vacib təsərrüfat sahələri, yaşayış evləri tamamilə dağıdılmış, ətraf mühitə, tarixi-mədəniyyət və dini abidələrə ciddi ziyan vurulmuşdur.

Ağdam rayonunun işğal altında olmayan 44 yaşayış məntəqəsində son illərdə müxtəlif dövlət proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri görülmüş, Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Mərkəzi Rayon Xəstəxanası və digər sosialyönümlü obyektlər tikilmiş, Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunmuş, xalçaçılıq müəssisəsi yaradılmışdır. 6600-dən çox məcburi köçkün ailəsi üçün salınmış 18 yeni qəsəbədə 18 ümumtəhsil və 3 musiqi məktəbi, 12 tibb və 10 məktəbəqədər təhsil müəssisəsi inşa edilmiş, qaz, elektrik, içməli su xətləri çəkilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, digər mühüm layihələr həyata keçirilmişdir.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

SOCAR-ın Müşahidə şurasının sədri Mikayıl Cabbarov oldu

Prezident Ilham Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" fərman imzalayıb. &n...

Türk əsgərinin gəlişi Rusiya sülhməramlılarının özbaşınalıqlarını azaldacaq - Açıqlama

"Rus sülhməramlıları özlərini bir qədər yığışdırmalı olacaq”. Bu sözləri Sfera.az-a açıqlamasında Monitoriq Mərkəzinin fəaliyyətə başlamasından sonra ...

ABŞ-dan SON DƏQİQƏ Qarabağ açıqlaması: Azərbaycana yardım…

Bayden-Harris rəhbərliyi Azərbaycana təhlükəsizlik yardımını nəzərdən keçirəcək.   Sfera.az xəbər verir ki, Bunu ABŞ-ın dövlət katibi vəzifəsinə namizəd E...

Paşinyanın “Şuşa bizim deyil” bəyanatındakı GİZLİ MESAJ – Məqsəd Hadrutdur...

"Paşinyanın bu açıqlaması Şuşanı Hadrutla əvəzləmək məqsədi daşıyır”. Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistan baş naziri Nikol Paşinyanın Şuşanı...

Paşinyana son çarə kimi görünən növbədənkənar seçki: Kim üstün olacaq?

"Növbədənkənar seçki düşmən ölkədə siyasi sabitliyin daha ciddi şəkildə pozulması ilə nəticələnəcək”. Bunu Sfera.az-a açıqlamasında Ermənistanda erkən parla...

Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

"Vüqar Səfərli işi” davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli ittiham üzrə "yediyi”...