Prezident seçkilərinə 35 gün qalıb, hakim partiyaların isə namizədi yoxdur

Prezident seçkilərinə 35 gün qalıb, hakim partiyaların isə namizədi yoxdur
Estoniyada maraqlı vəziyyət yaranıb.
 
Sfera.az Pravda.ru-ya istinadən bildirir ki, ölkədə prezident seçkilərinə təxminən 35 gün qalır, amma hələ də hakim partiyalardan namizəd yoxdur. Çünki iki parlament fraksiyası kimin namizədliyini irəli sürəcəkləri ilə bağlı  razılığa gələ bilmir. İki əsas partiya - Mərkəzçi və İslahatçı partiyaları  hələ də kompromis variant tapa bilmir. Namizəd  tapmaq cəhdləri edilir , amma bu günə qədər heç bir nəticə yoxdur.

"Partiyalar arasında razılaşma olmadığı üçün hələ ki, konkret bir ad çəkə bilmərəm", - deyə Mərkəzçi Partiyasının sədri Yuri Ratas bildirib və əlavə edib ki,  özü də prezidentliyə namizəd olmayacaq.

Estoniyada seçkilərin 30 avqustda keçirilməsi planlaşdırılır. Yeni prezident beş il müddətinə dövləti idarə edəcək. Hazırda ölkənin  prezidenti Kersti Kalyulayddır.

Selcan
Sfera.az


OXŞAR XƏBƏRLƏR