Prezident Şabrana bu gənci başçı təyin etdi – Tərcümeyi-hal

Prezident Şabrana bu gənci başçı təyin etdi – Tərcümeyi-hal
Prezident İlham Əliyev bu gün Siyəzən rayonunun icra başçısı Asif Həbib oğlu Hüseynov vəzifədən azad edilərək, Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 Hüseynov Asif Həbib oğlu 25 aprel 1981-ci ildə Sabirabad rayonunun Qalağayın kəndində anadan olub. Azərbaycan Texniki Universitetini iqtisadçı, Bakı Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib.

Əmək fəaliyyətinə başladığı dövrdən ARDNŞ-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda və ARDNŞ-ın Sosial İnkişaf İdarəsində müxtəlif vəzifələrdə çalışıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin rəis müavini vəzifəsini daşıyıb. Azərbaycan Respublikası Prezidentinin 12 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

İqtisad üzrə fəlsəfə doktorudur. Ailəlidir, üç övladı var.

OXŞAR XƏBƏRLƏR