“Prezident qoruyucu maskadan istifadə etməklə nümunə göstərdi” - RƏY

“Prezident qoruyucu maskadan istifadə etməklə nümunə göstərdi” - RƏY
 

Qısa müddət ərzində müxtəlif ölkələrə yayılaraq dünya üçün ciddi problemə çevrilən koronavirus pandemiyasına qarşı Azərbaycanda ilk günlərdən operativ və effektiv qərarlar qəbul edildi. Bu qərarlara əsasən tətbiq edilən xüsusi karantin rejimi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün oldu və Azərbaycanda virusun yayılma arealı digər əksər ölkələrlə müqayisədə daha aşağı oldu.

Bu müsbət tendensiyadan sonra hökumət karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsi ilə bağlı qərarlar qəbul etdi və vətəndaşları qüvvədə olan qadağalara əməl etməyə çağırdı.

 

Təəssüf ki, müsbət yöndə dəyişən vəziyyətdə vətəndaşların qoyulan qaydalara və qadağalara əməl etməməsi səbəbilə virusa yoluxanların sayında artım müşahidə olundu.

Bütün bunları nəzərə alaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda yenidən karantin rejiminin sərtləşdirilməsi, həftəsonları evdən çıxış qadağasının tətbiqi ilə bağlı qərar qəbul edib.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə "Report”a açıqlamasında bildirib ki, bu qərar məhz əhalinin sağlamlığı nəzərə alınaraq verildiyi üçün hamı tərəfindən anlayışla qarşılanmalıdır:

"Hələ pandemiyanın ilk günlərindən Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejiminin tətbiq olunması və bununla bağlı bir çox qadağalar müəyyən etdi. AMİP olaraq həmin tədbirləri birmənalı olaarq bəyan etdik və eyni zamanda, mətbuat vasitəsilə hökumətə bir sıra təkliflərimizi də verdik. 10 bənddən ibarət olan bu təkliflərin əksəriyyəti bu və ya digər formada öz həllini tapdı. Düzdür, icrası ilə bağlı müəyyən iradlarımız var, amma konkret olaraq görülən tədbirlərlə bağlı razılığımızı ifadə etmişik.

Mərhələli olaraq karantin rejimindən çıxma rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarını da dəstəklədiyimiz bildirmişik. Amma təəssüflər olsun ki, mayın 18-də bir çox yumşalmalar tətbiq olunandan və SMS icazə sistemi ləğv ediləndən sonra yoluxma sayında artım dinamikası oldu və bu, hamını narahat edir. Xüsusilə son günlər yoluxma sayında ciddi artım var.

Təəssüfləndirici hal odur ki, vətəndaşlarımızın bir çoxunun qoyulan qaydalara əməl etməməsi müşahidə olunur. İstər sosial məsafənin qorunmasına, istərsə də qoruyucu maskalardan istifadə qaydalarına biganə yanaşılır. Hətta insanların qaydalara əməl etmədən kütləvi şəkildə toplaşdıqlarının da şahidi oluruq. Bu isə yoluxma sayının artmasına və öz növbəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydaların sərtləşdirilməsi ilə bağlı mövqe sərgiləməsinə səbəb oldu”.

A.Əlizadə bildirib ki, partiya olaraq bununla bağlı qəbul ediləcən qərarı birmənalı olaraq dəstəkləyirlər:

"Çünki ilk növbədə insanların sağlamlığını qorunması həm dövlətin, həm də hər birimizin vəzifəsidir. Ona görə də bütün lazımi tədbirlər həyata keçirilməli və tövsiyələrə əməl edilməlidir. Dünən regiona səfəri zamanı dövlət başçısının qoruyucu maskadan istifadə etməklə nümunə göstərdi. Bu da vətəndaşlara mesaj olmalıdır”.

Partiya sədri hamını tətbiq edilən qaydalara anlayışla yanaşmağa və əməl etməyə çağırdığını deyib.  



OXŞAR XƏBƏRLƏR

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...