Prezident polis qatilini əfv etdi, ara qarışdı

Prezident polis qatilini əfv etdi, ara qarışdı
 

Gürcüstan prezidenti Salome Zurabişvilinin əfvlə bağlı son qərarları cəmiyyətdə böyük narazılıq yaradıb.

Sfera.az "Report”a istinadən xəbər verir ki, əfv olunanlar arasında adam öldürməyə görə məhkum olunan iki nəfər də var. 

Həmin şəxslərdən biri 22 yaşlı polis əməkdaşı, digəri isə 18 yaşlı tələbəni qətlə yetirib.

Dövlət başçısının iki cinayətkarı əfv etməsi ictimaiyyətlə yanaşı hakim Gürcü Arzusu Partiyası, müxalifət və ombudsmanın da kəskin reaksiyasına səbəb olub.

Gürcüstanın parlament çoxluğunun lideri Gia Volski prezidentin qəbul etdiyi qərarın doğru olmadığını bildirib. Dövlət başçısının qatilləri bağışlamasını Tbilisi meri Kaxa Kaladze də qəbuledilməz adlandırıb.

Müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü Roman Qotsiridze hesab edir ki, prezident bu cür qalmaqallı qərarları qəbul edərkən hansısa şəxslərin təsiri altında olub. O bildirib ki, məsələni ətraflı araşdırmaq lazımdır.

Gürcüstan ombudsmanı Nino Lomcaria da məsələ ilə bağlı xüsusi bəyanat yayıb. O, dövlət başçısını əfvetmə prosesini daha şəffaf etməyə çağırıb. İnsan haqları üzrə müvəkkil bildirib ki, prezident artan ictimai marağı nəzərə alaraq qəbul etdiyi qərarlar barədə ətraflı məlumat verib onları əsaslandırmalıdır.

Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani öz növbəsində deyib ki, əfv olunanların siyahısı ilə bağlı prezident administrasiyası və Ədliyyə Nazirliyi arasında heç bir razılaşdırılma olmayıb. Nazirin sözlərinə görə, əfvetmə hüququ limitsiz və məhdudiyyətsiz ola bilməz.

Prezident S.Zurabişvili öncə əfvetmə hüququnun təkmilləşdirilməsi prosesinin sürətləndirilməsi ilə bağlı təşəbbüslə çıxış etdiyini bəyan edib.

Qeyd edək ki, əfvetmə Gürcüstan prezidentinin müstəsna hüququdur.

 

OXŞAR XƏBƏRLƏR

ABŞ-ın ən böyük ştatında yenidən sərt qadağalar tətbiq olundu

ABŞ-ın ən böyük ştatı olan Kaliforniyada hökumət COVID-19-a yoluxma hallarının artması səbəbindən ictimai müəssisələrin işinə məhdudiyyətlər qoyub. "RİA Novost...

Neftin ucuzlaşması davam edir

  ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent” neftinin ixracına dair 2020-ci ilin sentyabr müqaviləsinin dəyər...

Bütün dünyanın gözlədiyi ŞAD XƏBƏR - 4-6 həftə ərzində...

  ABŞ-ın dərman istehsalçıları yayın sonuna kimi yeni koronavirus vaksinin buraxılışına başlamağı nəzərdə tuturlar. Sfera.az "Report”-a istinad...

Ukrayna XİN: Münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır

 Ukrayna Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 12-də mövqeləri ələ keçi...

Türkiyədə koronavirusdan daha 19 nəfər ölüb - STATİSTİKA

 Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər ölüb. Sfera.az xəbər vrir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün...

Rusiya atəşi dərhal dayandırmağa çağırdı

 Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan – Ermənistan sərhədindəki vəziyyəti hər iki ölkədən olan həmkarları - Elmar Məmmədyarov və Zöhr...