\"Prezident Operativ Qərargaha mesaj göndərdi ki...\" - Fazil Mustafadan idman zalları ilə bağlı AÇIQLAMA

\
"Ölkə prezidenti işğaldan azad olunmuş ərazilərdəki hərbi hissədəki əsgərlərimizin idman zalında ağırlıq alətlərini qaldırmaqla yalnız idmana, sağlam həyata insanların maraq göstərməsini təbliğ etmədi. Həm də Operativ Qərargaha mesaj göndərdi ki, idman zallarını açmaq lazımdır”.
 
Sfera.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib. 

O qeyd edib ki, insanlar normal şəkildə idmanla məşğul ola bilməlidirlər:

"Prezident hər məsələ ilə bağlı fərman, sərəncam verməz ki? Bəzən ifadələrlə, jestlərlə anlatmağa çalışır ki, nələri etmək vacibdir.  Bizdə çevik jurnalistikada yoxa çıxmış kimidir. Olsaydı, Operativ Qərargahdakı səlahiyyət sahiblərindən ölkə prezidentinin idmanla bağlı verdiyi mesajı necə anladıqlarını dərhal soruşardılar. Görək Prezidentin bu anlamlı davranışından doğru nəticə çıxarıb açacaqlarmı idman zallarını? Yoxsa absurd yanaşmanı bundan sonra da davam etdirəcəklər?”.

Millət vəkili bildirib ki, qapalı idman zallarının bağlı saxlanmasının pandemiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur:

"Birbaşa idraksızlıqla bağlı məsələdir. Əks halda, bu qərarın indiyədək normal izahını verərdilər”.

Qeyd edək ki, artıq bir ildən çoxdur, ölkədə idman zalları fəaliyyət göstərmir.

Günay
Sfera.az




OXŞAR XƏBƏRLƏR

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...