\"Prezident Operativ Qərargaha mesaj göndərdi ki...\" - Fazil Mustafadan idman zalları ilə bağlı AÇIQLAMA
11:47 / 03.05.2021
2280
"Ölkə prezidenti işğaldan azad olunmuş ərazilərdəki hərbi hissədəki əsgərlərimizin idman zalında ağırlıq alətlərini qaldırmaqla yalnız idmana, sağlam həyata insanların maraq göstərməsini təbliğ etmədi. Həm də Operativ Qərargaha mesaj göndərdi ki, idman zallarını açmaq lazımdır”.
Sfera.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O qeyd edib ki, insanlar normal şəkildə idmanla məşğul ola bilməlidirlər:
"Prezident hər məsələ ilə bağlı fərman, sərəncam verməz ki? Bəzən ifadələrlə, jestlərlə anlatmağa çalışır ki, nələri etmək vacibdir. Bizdə çevik jurnalistikada yoxa çıxmış kimidir. Olsaydı, Operativ Qərargahdakı səlahiyyət sahiblərindən ölkə prezidentinin idmanla bağlı verdiyi mesajı necə anladıqlarını dərhal soruşardılar. Görək Prezidentin bu anlamlı davranışından doğru nəticə çıxarıb açacaqlarmı idman zallarını? Yoxsa absurd yanaşmanı bundan sonra da davam etdirəcəklər?”.
Millət vəkili bildirib ki, qapalı idman zallarının bağlı saxlanmasının pandemiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur:
"Birbaşa idraksızlıqla bağlı məsələdir. Əks halda, bu qərarın indiyədək normal izahını verərdilər”.
Qeyd edək ki, artıq bir ildən çoxdur, ölkədə idman zalları fəaliyyət göstərmir.
Günay
Sfera.az