Prezident növbəti dəfə 8 saatlıq iş rejimindən danışdı

Prezident növbəti dəfə 8 saatlıq iş rejimindən danışdı
 

"Biz bu ilin birinci yarısında bütün marşrut xətlərində işləyən avtobuslarda ödənişin kart sistemi ilə aparılmasını təmin edəcəyik. Bu isə Sizin tapşırdığınız kimi, kölgə iqtisadiyyatının, eyni zamanda, qeyri-formal iş rejiminin aradan qaldırılmasına, sürücülərin 8 saatdan artıq işləməsinin qarşısının alınmasına, ictimai nəqliyyatdakı dövriyyənin şəffaflaşmasına imkan yaradacaq”.

Sfera.az  bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Prezident İlham Əliyevin qəbulunda olarkən deyib. 

Dövlət başçısı da öz növbəsində qeyd edib ki, yol infrastrukturunda əsas məsələ insanların yola sərf edəcəyi vaxtın azaldılmasıdır: 


"Bununla bərabər, bəlkə də bundan daha vacib məsələ təhlükəsizlikdir, sürücülərin hazırlanmasıdır, onların tibbi müayinəsi və iş qrafikidir. Mən bu yaxınlarda bildirdim ki, heç kim gündə 8 saatdan artıq işləməməlidir. Əgər kimsə işçiləri qanunsuz işlədirsə, istismar edirsə, cəzasını alacaq. Əlbəttə, əminəm ki, Bakı Nəqliyyat Agentliyində çalışan sürücülər bu meyarlara riayət edirlər. İnsanların rahatlığı da vacib məsələdir. İnsanlar müasir avtobuslarda özlərini çox rahat hiss edirlər. Prinsip etibarilə elə bir avtobus xidməti olmalıdır ki, hətta şəxsi nəqliyyat vasitəsi olan insanlar da şəhər nəqliyyatı ilə hərəkət etməyə üstünlük versinlər. Hesab edirəm ki, biz bu hədəfə yaxınlaşırıq. Əlbəttə, növbəti illərdə avtobus parkının təzələnməsi istiqamətində əlavə tədbirlər görüləcək və eyni zamanda, şadam ki, hazırda ölkəmizə gətirilən yeni avtobuslar ekoloji cəhətdən çox təmizdir. Çünki sirr deyil ki, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir. Sənaye müəssisələri, ticarət obyektləri deyil, - bunun statistikası var, - nəqliyyat vasitələridir. Ona görə həm iki ildən sonra Azərbaycanda istehsal olunacaq "Avro-5” markalı benzinin bazara daxil olması bu sahədə çox böyük irəliləyişə səbəb olacaq, eyni zamanda, sıxılmış qazla və elektrik enerjisi ilə işləyən avtobusların ölkəmizə gətirilməsi, bunun üçün müvafiq infrastrukturun yaradılması zəruridir. Ona görə bu istiqamətdə əlavə addımlar atılmalıdır”.


OXŞAR XƏBƏRLƏR

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mus...

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...