No Image

Prezident Murad Köhnəqalaya ev verdi

Prezident Murad Köhnəqalaya ev verdi

Prezident İlham Əliyev şair-publisist Murad Köhnəqalaya mənzil hədiyyə edib. 

"Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı şairin özü sosial şəbəkədə paylaşıb. Bildirib ki, mənzil problemi ilə bağlı Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciətə müsbət cavab verilib:

"Bu şad xəbəri BŞİH-dən mənə zəng edərək bildirdilər. Möhtərəm prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir.

Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm! Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram! Qoy həmişə günəş olsun!”

Qeyd edək ki, ötən ay Azərbaycanın bir qrup tanınmış jurnalisti və millət vəkili 60 yaşını qeyd etməyə hazırlaşan Murad Köhnəqalanın mənzil probleminin həlli üçün ölkə başçısı İlham Əliyev və I Vitse Prezident Mehriban Əliyevaya müraciət etmişdilər.

OXŞAR XƏBƏRLƏR

“Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” - Mehriban Əliyeva

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan ordusunun əsgərləri və şəhidlərimizlə bağlı rəsmi "Facebook" səhifəsində paylaşım edib.  ...

Bakıda polis COVID-19-un qarşının alınması məqsədi ilə tədbirlər keçirdi - FOTO

Paytaxtda koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi ...

Mədət Quliyevin qayını da döyüşə getdi - FOTO

 Müdafiə Sənayesi naziri Mədət Quliyevin qayını da hərbi xidmətə yollanıb. Sfera.az xəbər verir ki, bu barədə M.Quliyevin həyat yoldaşı Zəhra Quliyev...

Müdafiə Nazirliyindən valideynlərə MÜRACİƏT

 Hərbi qulluqçuların valideynlərini narahat edən məsələlərlə bağlı müraciətləri qəbul etmək məqsədilə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin nəzdində sut...

Vaqif Əsədov oğlunu Qarabağa yola saldı - Ya Qarabağ, ya ölüm

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun oğlu könüllü olaraq döyüşə gedib. Avtosfer.az xə...

Baş Prokurorluq erməni təxribatları ilə bağlı son vəziyyəti AÇIQLADI

Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artil...