Prezident mühüm və əhəmiyyətli yeniliyə imza atdı - Fəzail Ağamalı

Prezident mühüm və əhəmiyyətli yeniliyə imza atdı - Fəzail Ağamalı
 

Dəyərli dostlar!

Bu gün möhtərəm, cənab president İlham Əliyevin iştirakı ilə yeni seçilən Millli Məclisin ilk toplantısı keçirildi.
Cənab Prezident millət vəkilləri qarşısında çıxış edərək, son dərəcə mühüm məsələlər üzərində dayandı.
Həyata keçirdiyi və inqilabi xarakter daşıyan islahatların içərisində yer alan növbədənkənar parlament seçkilərinin zəruriliyi üzərində dayandı və deputatlara proqram xarakterli tövsiyyələr verdi.

Yeni zamanın yeni çağrışlarına uyğun fəaliyyət göstərəcək deputatın fəaliyyət prinsiplərinin olduqca dəqiq kontrlarını cızdı.

- Siyasi mövqeyindən asılı olmayaraq bütün siyasi partiyaların prinsipial dövlətçilik mövqeyi;
- İndiyədək qəbul edilən qanunlara yeni yanaşma: qəbul edilən qanunlar doqma deyil;
- İnformasiya təhlükəsizliyin təmin olunmasına xidmət edən sərt qanunverici aktların qəbulu. İnformasiya mübarizəsində barışmazlıq, güzəştsiz mövqe döyüşü – həm ölkədaxili marginallaşmış dairələrə, həm də xarici qüvvələrə qarşı;
- Qəbul edilən və qüvvədə olan qanunların icrasına parlament nəzarəti, icra strukturları tərəfindən qanunların yerinə yetirilməsi səviyyəsinə sağlam nəzarət;
- İqtisadi və sosial xarakterli qanunların qəbuluna çevik münasibət – güclü iqtisadiyyat, firavan cəmiyyət, ünvanlı social yardımın metodologiyasının dəyişdirilməsi;
- Gənclər dövlətimizin bu günü və sabahıdır. Bu baxımdan gənclər siyasətinin təkmilləşməsinə xidmət edən qanunların qəbulu;
- Milli ruhun və vətənpərvərliyin aparıcı amilə çevrilməsi, milli adət-ənənələrimizin və milli mənəvi dəyərlərimizin qorunub saxlanılması Milli Məclisin ən çox diqqət yetirəcəyi məsələ olmalıdır;
- Deputatların seçicilərlə təması sistemli və ardıcıl olmalı, onların rastlaşdığı problemlər üzə çıxarılıb, icra strukturları qarşısında qaldırılmalı və həll olunmasında prinsipiallıq göstərilməlidir;
- Deputat öz təmizliyini qoruyub saxlamalı, biznesdən və şəxsi maraqlardan uzaq olmalıdı;
- Marginallaşmış anti-milli qüvvələr xarici himayədarlar tərəfindəm etimadı itirdiyi üçün onlar 5-ci kalonun yeni simalarının axtarışındadı. Siyasi partiyalar anti-Azərbaycan və anti-milli qüvvələrə qarşı ardıcıl və barışmaz mövqe ortaya qoymalıdılar.
- Beynəlxalq təşkilatlarda Azərbaycana qarşı qərəzli münasibətə qarşı sərt iradə nümayiş etdirilməli, onların ölkəmizə qarşı qərəzli və böhtan xarakterli mövqeyi arqumentlərlə ifşa edilməlidir.
- Deputat dövlətçilk və milli maraqlar, dövlətimizin strateji xəttilə bağlı bütün məsələlərdə cəsarət nümayiş etdirməlidir.
Ölkə prezidenti, möhtərəm, cənab İlham Əliyev siyasi islahatların ciddi əhəmiyyət daşıdığını önə çəkərək, Milli Məclisdə təmsil olunan partiyaların məsuliyyət yükünün artırılmasına xidmət edən amillər üzərində də dayandı və onların parlament rəhbərliyində təmsil olunmasının zəruriliyinə diqqət çəkdi.

Və sonda ölkə prezidenti siyasi islahatlarla bağlı olduqca mühüm və əhəmiyyətli yeniliyə imza atdı. Milli Məclisdə təmsil olan bütün partiya sədrləri parlament rəhbərliyində təmsil olundu. Bu, siyasi sistemdə partiyaların yerini və rolunu artırmaq yolunda atılan cəsarətli addımın başlanğıcıdır, cənab prezidentin üstün və cəsarətli xarakterindən, idarəçilik fəlsəfəsindən qaynaqlanan addımların növbətisidi.

Dövlətimizə və xalqımıza düşərli olsun!

Milli Məclisimizin ilk qadın spikeri, çox böyük hörmət bəslədiyim, elitar və vətənpərvər xanım Sahibə Qafarovanı, illər uzunu komitə sədrim olmuş, görkəmli hüquqçünas dəyərli Əli Hüseynlini, daha iki müavini, komitə sədri və müavinlərini təbrik edirəm. Əminəm ki, biz vahid komanda kimi, Ulu Öndərimiz Heydər Əliyevin dövlətçilik fəlsəfəsinə və irsinə sədaqətlə xidmət edəcək, milli iftixarımız, cənab prezidentimiz İlham Əliyevlə bərabər olacaq, məmləkətimizin güclənməsinə, xalqımızın həyat səviyyəsinin yüksəlməsinə şərəflə xidmət edəcəyik!

Fəzail Ağamalı,
Millət vəkili


OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...