Prezident məmurlara müraciət etdi: - Yerli mebel alın - VİDEO

Prezident məmurlara müraciət etdi: - Yerli mebel alın -  VİDEO

“O ayaqqabıları niyə bəyənmirlər?”

Bütün dövlət məmurlarının kabinetində bundan sonra yerli mebel olmalıdır

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev  bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans qeyd edib.

Prezident İlham Əliyev tədbirdə məmurlara yerli istehsallara üstünlük verməyi tövsiyə edib:

"Ölkədə yüzlərlə mebel şirkəti var. Amma yüksək vəzifəli məmurlarımız bunu bəyənmirlər. Yerli istehsalın keyfiyyəti başqa mebeldən fərqlənmir, amma deyir, bu, Azərbaycan malıdır, özünə rəva bilmir. Gərək İtaliya, Rumıniya mebeli olsun. Buna son qoymaq lazımdır. Bütün dövlət məmurlarının kabinetində bundan sonra yerli mebel olmalıdır".  

Prezident daha sonra qeyd edib ki, bəzi hərbi qurumlar Azərbaycan istehsalı olan ayaqqabıları bəyənmir: 

"Mənə ölkəmizdə istehsal olunan ayaqqabı göstərdilər. Görün, Azərbaycanda nə gözəl ayaqqabı istehsal olunur. Ancaq bəzi hərbi qurumlar bunu bəyənmir, xaricdən ayaqqabı alırlar. Bu sahə çox ciddi nəzarət altında olmalıdır. Beləliklə, biz israfçılığa yol verməyəcəyik".


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...