Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
22:15 / 16.09.2016
1859
MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən Azərbaycan prezidenti İlham Əliyevin Qırğızıstana səfəri sentyabrın 16-da başa çatıb.
"Manas” Beynəlxalq Aeroportunda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını Qırğızıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.