Prezident İlham Əliyev və xanımı Bakıda 1 saylı poçt filialında yeni xidmət mərkəzinin açılışında iştirak ediblər

Prezident İlham Əliyev və xanımı Bakıda 1 saylı poçt filialında yeni xidmət mərkəzinin açılışında iştirak ediblər

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Bakıdakı 1 saylı poçt filialında aparılmış yenidənqurma işlərindən sonra fevralın 10-da yeni xidmət mərkəzinin açılışı olub.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına yeni xidmət mərkəzi barədə məlumat verdi.

Bildirildi ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər poçt və telekommunikasiya binalarında yaradılan yeni xidmət mərkəzlərində təqdim ediləcək. "Şəbəkə" adlanan ilk xidmət mərkəzi paytaxtın Üzeyir Hacıbəyli küçəsindəki 1 saylı poçt filialında istifadəyə verilib. Mərkəzdə son texnoloji tələblərə uyğun avadanlıqlar - müasir lazer printerlər, monoblok kompüterlər, özünəxidmət köşkləri, valyuta mübadiləsi və ödəmə terminalları, ATM, bank sistemində tətbiq olunan növbə aparatı (Q matik), tam yenilənmiş abunə qutuları quraşdırılıb, müasir tələblərə cavab verən çeşidləmə otağı yaradılıb.

Dövlətimizin başçısı və xanımı yeni xidmət mərkəzi ilə tanış oldular.


OXŞAR XƏBƏRLƏR