Prezident İlham Əliyev Latviya xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Latviya xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sfera.az AZƏRTAC-a istinadən xəbə verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin yaxşı tarixə və möhkəm əlaqələrə malik olduğunu vurğuladı. Prezident İlham Əliyev dünyada və regionda vəziyyətin dəyişdiyi bir şəraitdə qarşılıqlı fikir mübadiləsinin önəmini qeyd etdi. Dövlətimizin başçısı mütəmadi olaraq məsləhətləşmələrin, fikir mübadiləsinin aparılmasının və ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə möhkəmləndirilməsinin əhəmiyyətini bildirdi. Azərbaycan ilə Latviya arasında siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi sahədə isə qarşıda mühüm vəzifələrin dayandığını vurğulayaraq, ticarət dövriyyəsinin, gələcəkdə investisiyaların artırılmasının və biznes strukturlarını cəlb etməklə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırdı. Dövlətimizin başçısı Latviyanın xarici işlər naziri Edqars Rinkeviçsin ölkəmizə səfəri zamanı bu və digər məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu dedi.

Xarici işlər naziri Edqars Rinkeviçs Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin səmimi salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycan ilə Latviya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Edqars Rinkeviçs dedi: "Prezident Raymonds Veyonis yaxın vaxtlarda Azərbaycana səfər edəcəyinə və Sizinlə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələləri müzakirə edəcəyinə ümidvardır". Azərbaycana bundan əvvəlki səfərlərini xatırlayan Latviyanın xarici işlər naziri ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi.

Görüşdə Azərbaycan ilə Latviya arasında əlaqələrin iqtisadi, nəqliyyat, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Latviyanın Prezidentinə çatdırmağı xahiş etdi.


OXŞAR XƏBƏRLƏR

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...

Meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi

Meyxanaçı İntiqam Rüstəmov baba olub.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Sənətçinin sayca dördünc...

Mask: "Qərbdə gec-tez vətəndaş müharibəsi başlayacaq"

Qərbdə vətəndaş müharibəsi gec-tez başlayacaq, istəsək də, istəməsək də. Sfera.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsində ya...