Prezident İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev fərman imzaladı
 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Sfera.az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Fərmana əsasən, saziş qüvvəyə mindikdən sonra Gənclər və İdman Nazirliyi onun müddəalarının həyata keçiriləcək. Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərəcək.

Qeyd edək ki,  Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş 2019-cu il noyabrın 14-də Bakı şəhərində imzalanıb.


 

 

OXŞAR XƏBƏRLƏR