Prezident İlham Əliyev: \"Biz iqtisadi cəhətdən təmin olunmuş ölkəyik\"

Prezident İlham Əliyev: \

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 34-cü cildi Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Valdis Zatlersə təbrik məktubu ilə başlanır.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısının bu yazının sərlövhəsinə çıxarılmış fikri Prezident İlham Əliyevin 2008-ci ilin noyabrında İtaliyaya rəsmi səfəri zamanı "Rai İnternational" telekanalının "Foks neks" proqramına müsahibəsindən götürülüb. Prezident deyib: "Biz iqtisadi cəhətdən təmin olunmuş ölkəyik. Təbii ehtiyatlarımız var, coğrafi mövqeyimiz əlverişlidir, müasir nəqliyyat infrastrukturumuz, yaxşı iqlimimiz, yaxşı aqrar imkanlarımız var. Özümüzü əksər kənd təsərrüfatı məhsulları ilə, demək olar ki, 100 faiz təmin edirik. Beləliklə, biz ərzaq təhlükəsizliyi, enerji təhlükəsizliyi və hər bir ölkə üçün son dərəcə vacib olan nəqliyyat təhlükəsizliyi baxımından yaxşı vəziyyətdəyik".

Çoxcildliyin bu nəşrinə daxil olan materiallar 2008-ci ilin noyabrından 2009-cu ilin fevralınadək olan dövrü əhatə edir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 34-cü cildində dövlətimizin başçısının Azərbaycana səfər etmiş Türkiyə, Ukrayna, Litva, Polşa, Gürcüstan prezidentləri ilə görüşlərinə, Estoniya, Yunanıstan, Macarıstan, ABŞ, İsveç, Böyük Britaniya və digər ölkələrin, Dünya Bankının, Asiya İnkişaf Bankının yüksək vəzifəli şəxslərini, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin iştirakçılarını qəbul etməsinə, həmçinin mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallar yer alıb.

Prezident İlham Əliyevin İtaliyaya, Türkmənistana rəsmi səfərlərinə, Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşünə, dövlətimizin başçısının Macarıstana işgüzar səfərinə, Macarıstan Teleqraf Agentliyinə və Duna Televiziyasına müsahibəsinə, Nabukko layihəsinə dair Budapeştdə keçirilən Sammitdə çıxışına dair materiallar da nəşrin bu cildinə daxil edilib. Kitabda, həmçinin dövlətimizin başçısının Davosda Dünya İqtisadi Forumunun "Enerji Outlook-2009" mövzusunda keçirilən iclasında iştirak etmək üçün İsveçrəyə səfərini əks etdirən materiallar, Davosda ABŞ-ın "Wall Street" qəzetinə, CNBC (Si-en-bi-si), CNN telekanallarına, "Reuters" agentliyinə müsahibələri verilib.

Nəşrin bu cildində Azərbaycan Prezidentinin Türkdilli ölkələrin milli kitabxana direktorlarının konfransı və "Avrasiya Kıtabxanalar Assambleyası" əməkdaşlıq təşkilatının ümumi iclasının, Tarixi İpək Yolunun Bərpası üzrə Beynəlxalq Konfransın 10 illiyinə həsr olunmuş yubiley konfransının iştirakçılarına müraciətləri, Azərbaycan ədliyyəsinin 90 illik yubileyi münasibətilə ədliyyə və məhkəmə işçilərinə, Dünya Azərbaycanlılarına Həmrəylik Günü münasibətilə təbrikləri və digər rəsmi sənədlər də dərc olunub.

 

Kitabda, həmçinin Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında giriş və yekun nitqləri, bölgələrdə və paytaxtda sosial-iqtisadi inkişaf proqramının həyata keçirilməsinə, mədəniyyət sahələrinin inkişafına həsr edilmiş çıxışları toplanıb.

Kitaba "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri daxil edilib.

"Azərnəşr" tərəfindən buraxılan 34-cü cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.


OXŞAR XƏBƏRLƏR

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...