Prezident İlham Əliyev baş konsulu geri çağırdı

Prezident İlham Əliyev baş konsulu geri çağırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev A.F.Süleymanlının Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın".


OXŞAR XƏBƏRLƏR