No Image
No Image

Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Sfera.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram.

Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını, mənəvi dəyərlərə bağlılıqlarını nümayiş etdirir, Uca Tanrıya yaxınlığın fərəhini yaşayırlar.

Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu islam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş etmişdir. Eyni zamanda məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayışın, əmin-amanlığın və multikultural mühitin yaranmasında islam dininin də müstəsna rolu olmuşdur.

Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və fıravanlığı üçün Allaha dualar səslənir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.

Əziz bacı və qardaşlarım!

Bir daha hər birinizə cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!”
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ərdoğan parlamentdə çıxış edir - CANLI YAYIM

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının xüsusi iclası keçirilir. Sfera.az xəbər verir ki, toplantıda Azərbaycanda rəsmi səfərdə olan Türkiy...

Prezident İƏT-in Zirvə toplantısında çıxış etdi

İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda ikinci Zirvə toplantısı keçirilib. Sfera.az xəbər verir ki, tədbirdə Azərbaycan Prez...

Türkiyə Prezidentinə “Zəfər” adlı Qarabağ atı hədiyyə edildi

Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” kompozisiyasının təqdimatı zamanı Türkiyə Respublikasının Prezide...

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilir - CANLI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilir. Sfera.az xəbər verirki, səfər zamanı Rəcəb Tayyib Ərdoğanı xanımı Əminə Ə...

Əliyevlə Ərdoğanın Şuşadan dünyaya verəcəkləri mesaj – Nələr gözlənilir?

"İlham Əliyevin Ərdoğanı Bakıda yox, Qarabağda rəsmi mərasimlə qarşılamasının iki şifrəsi var. Birincisi, işğaldan azad edildikdən sonra Qarabağa ilk səfər ed...

Ərdoğanın Şuşaya səfər proqramı AÇIQLANDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycandakı səfər proqramı bəlli olub. Sfera.az TRT-yə istinadən xəbər verir ki, Bakıya gələn Ərdoğan buradan...