Prezident İlham Əliyev Azərbaycan-Aİ münasibətlərindən danışdı

Prezident İlham Əliyev Azərbaycan-Aİ münasibətlərindən danışdı
"Münaqişə dövründə istər mənim, istərsə də isteblişment tərəfindən Aİ-yə qarşı ciddi bir tənqid görmədim”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq məsələsinə münasibət bildirərkən deyib.

"Bəli, bir sıra Aİ ölkələrinə qarşı tənqidlər var idi. Onlar Aİ ölkəsi kimi deyil, ayrıca ölkə kimi davranırdılar. İndi Ermənistan Aİ-ni yardım göstərmədiyinə görə tənqid edir. Ancaq bu böyük bir sualdır – Aİ onlara necə kömək edə bilərdi?”, – Prezident deyib.

Onun sözlərinə görə, COVID-19 pandemiyası səbəbindən Aİ ilə yeni razılaşma ilə bağlı danışıqlar dayandırılıb.

"Ancaq mən artıq bildirmişəm ki, pandemiya bitən kimi və vəziyyət az-çox sabitləşən kimi danışıqları bərpa edəcəyik. Sənədin böyük bir hissəsi artıq razılaşdırılıb, sazişin mətninin 7-8 faizini razılaşdırmaq qalır”, - dövlət başçısı deyib.


OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...