Prezident Elin Süleymanovu İngiltərəyə səfir təyin etdi - YENİLƏNİB
15:11 / 26.07.2021
706
Prezident İlham Əliyev Azərbaycanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfirinin və Azərbaycanın Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisinin vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, sərəncama əsasən, Elin Süleymanov Azərbaycanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.
***
Dövlət başçısının dgər sərəncamı ilə Elin Süleymanov Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.