Prezident Əli Əsədovu Baş nazir təyin etdi
16:21 / 08.10.2019
2020
Prezident İlham Əliyev Əli Əsədovun Azərbaycan Respublikasının Baş Naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, sərəncama əsasən, Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. (apa)