Prezident elektrik enerjisi ilə bağlı FƏRMAN İMZALADI

Prezident elektrik enerjisi ilə bağlı FƏRMAN İMZALADI
Prezident İlham Əliyev "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Fərman imzalayıb.

Sfera.az  xəbər verir ki, Fərmana əsasən, Nazirlər Kabinetinə 9 ay müddətində "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə uyğun olaraq, özündə Qanunun 8.4-cü maddəsinə əsasən bağlanılan müqavilələrin xüsusiyyətlərini və şərtlərini, habelə Qanunun 9.3-cü maddəsinə müvafiq olaraq, bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi zamanı zəmanətli tariflərin formalaşdırılması meyarlarını əks etdirən bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Nazirlər Kabineti, həmçinin həmin Qanunun 1.1.12-ci və 10.4-cü maddələrinə uyğun olaraq, istehsal edilən elektrik enerjisinin güc həddini, habelə aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, həmin Qanunun 15-ci maddəsinə uyğun olaraq, "Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi”nin Əsasnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, həmin Qanunun 16.2-ci maddəsinə uyğun olaraq, bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi qaydasını və formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli və həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.

"Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı, 1.1.10-cu, 1.1.12-ci, 1.1.14-cü maddələrində, 6.2-ci maddəsinin ikinci cümləsində, 6.3-cü (hər iki halda), 6.5-ci maddələrində, 6.6-cı maddəsinin birinci cümləsində (hər iki halda), 6.7-ci maddəsinin ikinci cümləsində (hər iki halda), 7.1.2-ci, 7.1.3-cü, 7.2-ci, 8.1-ci, 8.3-cü, 8.4.1-ci, 8.6-cı, 9.2-ci, 9.3-cü, 10.4-cü, 14-cü, 16.1-ci, 16.2-ci və 17.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin Qanunun 1.1.14-cü, 8.3-cü və 8.6-cı maddələrində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur. Qanunun 1.1.12-ci, 10.4-cü və 16.2-ci maddələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir.

Həmin Qanunun 1.1.6-cı, 6.3-cü (ikinci halda), 6.5-ci maddələrində, 6.6-cı maddəsinin birinci cümləsində (birinci halda), 6.7-ci maddəsinin ikinci cümləsində (ikinci halda) və 14-cü maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur. Qanunun 6.2-ci maddəsinin ikinci cümləsində, 6.3-cü (birinci halda) maddəsində, 6.6-cı maddəsinin birinci cümləsində (ikinci halda), 6.7-ci maddəsinin ikinci cümləsində (birinci halda), 7.1.2-ci, 7.1.3-cü, 7.2-ci, 8.1-ci, 8.4.1-ci, 9.3-cü və 16.1-ci maddələrində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur. Həmin Qanunun 9.2-ci və 17.1-ci maddələrində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur. Qanunun 1.1.10-cu maddəsində "orqan (qurum)” dedikdə "Azərenerji” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur.

Energetika Nazirliyi "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” nəzərə alınmaqla, "Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi”nin yaradılmasını doqquz ay müddətində təmin etsin və həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görməli və həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.

OXŞAR XƏBƏRLƏR

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...