Sİyasət

Prezident Əlcəzairin yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident Əlcəzairin yeni səfirinin etimadnaməsini qəbul edib
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də Əlcəzairin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhakın etimadnaməsini qəbul edib.

Sfera.az xəbər verir ki, səfir Salima Abdelhak fəxri qarovul dəstəsinin qarşısından keçib.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

 

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Əlcəzairin Azərbaycanda ilk qadın səfiri olduğunu deyən Salima Abdelhak Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasət sahəsində uğurlar əldə etdiyini bildirərək bu münasibətlə təbriklərini çatdırıb. O bildirib ki, Bakının əsrarəngiz gözəlliyi buraya gələn turistləri valeh edir və buradakı çox böyük inkişaf prosesləri dərin təəssürat doğurur.

Səfir, eyni zamanda, Azərbaycanda mühüm beynəlxalq tədbirlərin də yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla qeyd edib.

Salima Abdelhak qadın səfir olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycanın inkişafı naminə fəaliyyətindən fəxr hissi keçirdiyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında iqtisadi, ticarət, turizm, elm-təhsil, tələbə mübadiləsi və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930